Birxeber.az / İqtisadiyyat nazirinin müavini Şirvanda vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Şirvanda vətəndaşları qəbul edib

30-01-2024, 19:40

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şirvan şəhərində Hacıqabul rayonundan və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda vətəndaşların müraciət etdikləri məsələlərə qanunvericiliyə uyğun şəkildə baxılıb və aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Geri qayıt