Birxeber.az / Hindistan Myanma ilə sərhəddə hasar çəkəcək

Hindistan Myanma ilə sərhəddə hasar çəkəcək

21-01-2024, 08:50

Hindistan Myanma ilə sərhəddə hasar çəkmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri Amit Şahın jurnalistlərə müsahibəsində bildirib.

O sərhəddə Myanmadan Hindistana sərbəst hərəkət rejiminin də ləğv ediləcəyini bildirib.

"Hindistanın Myanma ilə sərhədi Banqladeşdə olduğu kimi qoruyacq", - deyə nazir bildirib.

O Banqladeşlə sərhəddə Hindistan tərəfində tikanlı məftillərin çəkildiyinə diqqət çəkib.

Davam edən qarşıdurmalar nəticəsində qaçqınlar Myanmadan Hindistana gəlir. Myanmanın qərbindəki Rakhine əyalətində fəaliyyət göstərən etnik qrup Arakan Ordusu düşərgələrini zəbt etdikdən sonra ölkənin təxminən 600 hərbçisi bu yaxınlarda Hindistana keçib. Onlar Hindistanla sərhəddə yerləşən Mizoram əyalətinə sığınıblar. Mizoram səlahiyyətliləri mərkəzi hökumətə məktub yazaraq, bu əsgərlərin mümkün qədər tez geri göndərilməsini təmin etməyə çağırıb.

Geri qayıt