Birxeber.az / Tovuzda qızdırıcı partlayıb, xəsarət alan var

Tovuzda qızdırıcı partlayıb, xəsarət alan var

30-01-2024, 18:50

Tovuzda evin hamamında qızdırıcı partlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin 2-3 dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt