Birxeber.az / İpoteka kreditləri üzrə müraciətlərin qəbul tarixi açıqlanıb

İpoteka kreditləri üzrə müraciətlərin qəbul tarixi açıqlanıb

30-01-2024, 18:50

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2024-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Bu barədə "APA-Economics"ə Fonddan bildirilib. Məlumata görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 02.02.2024-cü il tarixində saat 11:00-dan başlayacaq.

Qeyd edilib ki, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcək.

İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir. İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək mümkündür.

Geri qayıt