Birxeber.az / Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib

19-01-2024, 23:50

Ağdaşda 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Birxeber.Az-ya bildirilib ki, yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Geri qayıt