Birxeber.az / FHN-nin xidmət rəisi kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı ilə bağlı müvafiq tapşırıqlar verib

FHN-nin xidmət rəisi kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı ilə bağlı müvafiq tapşırıqlar verib

30-01-2024, 18:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində “2023-cü il ərzində görülən işlərin təhlili və qarşıda duran vəzifələr” mövzusunda tədris-metodiki toplantı keçirilib.

Bu barədə "Birxeber.Az"a FHN-dən məlumat verilib.

Bildirilib ki, toplantıda xidmətin rəhbərliyi və məsul şəxsləri iştirak edib.

Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2023-cü il ərzində Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, suda boğulma halları ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra xidmətin struktur bölmələrinin rəhbərləri müvafiq sahələr üzrə hesabat xarakterli çıxışlar ediblər.

Sonda xidmət rəisi cari ildə insanların sularda təhlükəsizliyi, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Geri qayıt