Birxeber.az / Türkiyədə deputatın mandatı ləğv edilib

Türkiyədə deputatın mandatı ləğv edilib

30-01-2024, 18:40

Türkiyə İşçi Partiyasının Hatay millət vəkili Can Atalayın deputat mandatı ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində Ali Məhkəmənin qərarı elan olunub.

Daha sonra səsverməyə qoyularaq onun deputatlığının ləğvi ilə bağlı qərar qəbul edilib. Bununla da onun Məclis üzvlüyünə xitam verilib.

Qeyd edək ki, C.Atalaya Gəzi parkı olayları ilə bağlı ittiham irəli sürülmüşdü.

Geri qayıt