Birxeber.az / Yanvarda dəm qazı zəhərlənməsi ilə bağlı KTM-ə 200-ə yaxın müraciət olub

Yanvarda dəm qazı zəhərlənməsi ilə bağlı KTM-ə 200-ə yaxın müraciət olub

30-01-2024, 17:50

Yanvar ayında dəm qazından zəhərlənənlərin sayı açıqlanıb.

Bu barədə Birxeber.Az-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə dəm qazı zəhərlənməsi səbəbilə 199 nəfər müraciət edib:

"Onlardan 183 nəfərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb, 16 nəfər Toksikologiya şöbəsinə qəbul olunub".

Geri qayıt