Birxeber.az / Finlandiya Ədliyyə Nazirliyi prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib

Finlandiya Ədliyyə Nazirliyi prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib

30-01-2024, 17:40

Finlandiyanın Ədliyyə Nazirliyi bazar günü keçirilən prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Finlandiyada təsdiqlənmiş seçici fəallığı 75 faiz, xaricdə 16,1 faiz, ümumi fəallıq 71,5 faiz olub.

Helsinki şəhərinin dairə seçki komissiyasının təsdiq etdiyi nəticələrə əsasən, birinci turda namizədlərdən heç biri səslərin yarıdan çoxunu toplamadığı üçün prezident seçkilərində ikinci turun keçirilməsi qərara alınıb.

Bəyanatda bildirilib ki, ilkin səsvermə Finlandiyada və xaricdə yanvarın 31-də, seçki günü isə fevralın 11-də başlayacaq.

Geri qayıt