Birxeber.az / Vüqar Əhmədov Saatlıda vətəndaşları qəbul edib

Vüqar Əhmədov Saatlıda vətəndaşları qəbul edib

30-01-2024, 17:40

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

“Report”un “Azərişığ”a istinadən verdiyi məlumata görə, Şirvan Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) Saatlı rayonunda yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.

Bildirilib ki, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Geri qayıt