Birxeber.az / Ermənistan Rusiyanın axtarışa verdiyi şəxsi təhvil verməkdən imtina edib

Ermənistan Rusiyanın axtarışa verdiyi şəxsi təhvil verməkdən imtina edib

30-01-2024, 16:50

Ermənistan axtarışa verilən Salman Mukayevi Rusiyaya verməkdən imtina edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, çeçen Salman Mukayev Çeçenistanda homoseksuallıqda şübhəli bilindiyi üçün işgəncələrə məruz qalıb.

İrəvanın İnzibati Məhkəməsi Rusiyadan qaçan Salman Mukayevin iddiasını təmin edib. Məhkəmə Mukayevin qaçqın kimi tanınmasına və ona sığınacaq verilməsinə qərar verib. Məhkəmə həmçinin LGBT üzvlərinin Çeçenistanda təhlükəsiz olmadığını və Rusiyada homofob qanunlara görə onların hüquqlarının pozula biləcəyini də tanıyıb.

Geri qayıt