Birxeber.az / İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalanıb

İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalanıb

30-01-2024, 16:50

İslam İnkişaf Bankının prezidenti cənab Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında keçirdiyimiz görüşdə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan üçün ölkə üzrə əməkdaşlıq çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu”nu imzaladıq.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

“Sənədin icrası tərəflər arasında əməkdaşlığın və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə töhfə verəcək. Həmçinin görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - deyə nazir əlavə edib.

Geri qayıt