Birxeber.az / Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb, xəsarət alan var

Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb, xəsarət alan var

21-01-2024, 07:40

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Mərdəkan qəsəbəsində minik avtomobili idarəetmədən çıxaraq qarşısındakı sərnişin avtobusuna çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin, 2006-cı il təvəllüdlü Şükürova Nərmin Azər qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt