Birxeber.az / Baş prokuror Pirallahı Rayon Prokurorluğunun tikilməkdə olan binasına baxış keçirib

Baş prokuror Pirallahı Rayon Prokurorluğunun tikilməkdə olan binasına baxış keçirib

30-01-2024, 15:40

Baş prokuror Kamran Əliyev Pirallahı rayon prokurorluğunun tikilməkdə olan yeni inzibati binasına baxış keçirərək inşaat işləri ilə tanış olub.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kamran Əliyev paytaxtın Xəzər rayonunda vətəndaşları qəbul edib. Qəbul zamanı prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Geri qayıt