Birxeber.az / Niderland Ukraynaya yeni hərbi yardım paketini elan edib

Niderland Ukraynaya yeni hərbi yardım paketini elan edib

30-01-2024, 15:40

Niderland Ukraynaya yeni hərbi yardım paketini elan edib.

“Report” xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kajsa Ollongren “X”də yazıb.

O bildirib ki, 122 milyon avro həcmində olan hərbi yardım paketinə artilleriya mərmiləri və kibermüdafiə imkanlarını təmin edəcək vasitələr daxildir.

“Biz Ukraynanı Rusiyaya qarşı mübarizədə tək qoymayacağıq”, - nazir vurğulayıb.

Geri qayıt