Birxeber.az / HAMAS lideri: Girovlarla bağlı təklifi almışıq, müzakirə edirik

HAMAS lideri: Girovlarla bağlı təklifi almışıq, müzakirə edirik

30-01-2024, 14:50

HAMAS girovlarla bağlı razılaşma təklifini aldığını təsdiqləyib və ciddi müzakirələrə açıq olduğunu bildirib.

Birxeber.Az "SkyNews"a istinadən xəbər verir ki, bu barədə HAMAS-ın lider İsmayıl Haniyə deyib.

"HAMAS hərəkatı [Paris] iclasında təqdim olunmuş təklifi alıb və bunu araşdırmaq, ona cavab vermək prosesindədir. Prioritet təcavüzü dayandırmaqdır".
İsmayıl Haniyı hər hansı bir razılaşmanın tam və daimi atəşkəs tələb edəcəyini söyləyib.
"Hərəkat hər hansı ciddi və praktiki təşəbbüs və ya ideyaların müzakirəsinə açıqdır, bir şərtlə ki, onlar təcavüzün hərtərəfli dayandırılmasına səbəb olsun... mühasirənin aradan qaldırılması və ciddi məhbus mübadiləsinə nail olsun".
Həmçinin, HAMAS-ın yüksək səviyyəli liderlərinin razılaşma ilə bağlı danışıqlar üçün Misirə dəvət olunduğu da təsdiqlənib.

Geri qayıt