Birxeber.az / ƏMDX: Özəlləşdirilməsi nəzərdə tutulan dövlət şirkətlərinin sağlamlaşdırılması aparılır

ƏMDX: Özəlləşdirilməsi nəzərdə tutulan dövlət şirkətlərinin sağlamlaşdırılması aparılır

30-01-2024, 14:50

Özəl investisiyaların cəlbedilməsi nəzərdə tutulan dövlət müəssisələrinin sağlamlaşdırılması aparılır.

"Birxeber.Az-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

O bildirib ki, özəlləşdirməyə açılan fəaliyyətlərlə bağlı təhlillər aparılır: "Özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisələrində özəlləşmə klassik anlamda deyil, özəl investisiyaların cəlb edilməsi yolu ilə dövlət payının azaldılmasını nəzərdə tutur. Bura aktivlərin özəlləşdirilməsi ilə yanaşı, səhm emissiyası da daxildir. Belə olan halda dövlət öz əmlakını satmır, sadəcə olaraq emissiya etməklə onların nizamnamə kapitalını artırır və bu yolla şirkətləri özəl sektora açıq edir. Yerli və xarici investorlar da bu prosesdə rahat iştirak edə bilərlər. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən bununla bağlı 9 ay müddət verilmişdi. Təkliflər hazırlanıb bu il ərzində Prezident Administrasiyasına təqdim ediləcək".

Geri qayıt