Birxeber.az / Klaar: Seçkilərdən sonra Bakı ilə tam şəkildə əlaqə qurmağı səbirsizliklə gözləyirik

Klaar: Seçkilərdən sonra Bakı ilə tam şəkildə əlaqə qurmağı səbirsizliklə gözləyirik

19-01-2024, 23:40

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfəri başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin nümayəndəsi sosial şəbəkədə bildirib.

“Aİ-nin Ermənistan – Azərbaycan hərtərəfli sülh nizamlanmasına dəstəyini davam etdirdiyini vurğuladım. Bakı və İrəvan arasında məzmunlu ikitərəfli təmaslardan ruhlanır və seçkilərdən sonra Azərbaycan tərəfi ilə də tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözləyirik”, – o qeyd edib.

Xatırladaq ki, ötən gün Klaar Ermənistanın Baş naziri Nikol Paşinyanın müavini Mher Qriqoryanla Azərbaycanla sülh prosesini müzakirə edib.

Geri qayıt