Birxeber.az / Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar

Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar

30-01-2024, 13:40

Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə savatın assault və precombat növü üzrə keçirilmiş beynəlxalq turnirdə beş medal qazanıb.

"Birxeber.Az"un məlumatına görə, assault növündə böyüklərdən Beyrək Bağırov (85 kq) və gənclərdən Məhəmməd Məmmədli (52 kq) qızıl, yeniyetmələrdən Yusif Süleymanov (52 kq) bürünc, precombat növündə isə gənclərdən Məhəmməd Süleymanov (80 kq) gümüş, yeniyetmələrdən Ümid Zeynalov qızıl mükafata sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycanı yarışda 6 idmançı təmsil edib.

Geri qayıt