Birxeber.az / Azərbaycanda dəmir istehsalı zəncirinin yaradılmasının vaxtı açıqlanıb

Azərbaycanda dəmir istehsalı zəncirinin yaradılmasının vaxtı açıqlanıb

30-01-2024, 13:40

Daşkəsəndə yeni Zənginləşdirmə zavodu, Göygöldə Pellet və HBI zavodlarının inşası 2027-ci ilin ortalarında yekunlaşması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” (DDF) MMC -nin baş direktoru Ceyhun Əliyev bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bundan sonra istehsala başlanılması nəzərdə tutulub.

'Bunların hamısı əlbəttədəki investorların cəlb olunmasına bağlıdır. Bu il ərzində zavodların layihələndirilməsi işlərinin başa çatması planlaşdırılır", - deyə o qeyd edib.

Layihəyə əsasən, qarşıdakı dövrdə istehsal zəncirinin formalaşdırılması ilə illik 3-3,2 milyon ton filiz hasilatı, bu filizdən 1,3 milyon ton konsentrat və pellet, və nəhayət son məhsul olaraq 0,9 milyon ton HBI xammalının istehsalı və satışı nəzərdə tutulub.

“Boston Consulting Group” şirkətinin hesablamalarına görə, layihənin investisiya dəyəri 1,7 milyard manat qiymətləndirilib. Dəmir filizi yataqlarının istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7,5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır.

Geri qayıt