Birxeber.az / Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri “Report” İnformasiya Agentliyində olub

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri “Report” İnformasiya Agentliyində olub

30-01-2024, 13:40

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli “Birxeber.Az” İnformasiya Agentliyində olub.

"Birxeber.Az" xəbər verir ki, əvvəlcə diplomat redaksiyanın ofisində yaradılan şərait və agentliyin fəaliyyəti ilə tanış olub.

“Birxeber.Az” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev İssam bin Saleh əl-Cuteylini redaksiya heyəti ilə tanış edib və diplomata agentliyin xəbər siyasəti barədə məlumat verib.

Baş direktor qeyd edib ki, "Global Media Group"un tərkibinə daxil olan “Birxeber.Az” İnformasiya Agentliyi xəbər istehsal edərkən dəqiqliyi əsas götürür, elə buna görə də Azərbaycanda ən çox istinad edilən media qurumudur.

F.Hüseynəliyev agentliyin üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərməsinə də diqqət çəkib.

İssam bin Saleh əl-Cuteyli isə hər iki ölkənin vətəndaşlarının məlumatlılığını artırmaq üçün Azərbaycan və Səudiyyə Ərəbistanı media qurumları arasında əlaqələrin sıxlaşdırılmasının vacibliyini vurğulayıb. Medianın ictimai fikirin formalaşmasında böyük rol sahibi olmasından söz açan səfir yaxın gələcəkdə Səudiyyə Ərəbistanı media nümayəndələrinin Azərbaycana səfərinin nəzərdə tutulduğunu da qeyd edib.

Bununla yanaşı, görüş zamanı mədəni əlaqələrin, ümumilikdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda diplomat agentliyin kollektivinə uğurlar arzulayıb.

Geri qayıt