Birxeber.az / Bakıda 36 yaşlı kişi şadlıq sarayında təmir zamanı yıxılaraq ölüb

Bakıda 36 yaşlı kişi şadlıq sarayında təmir zamanı yıxılaraq ölüb

30-01-2024, 12:50

Bakıda 36 yaşlı kişi şadlıq sarayında təmir zamanı yıxılaraq ölüb.

Birxeber.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Geri qayıt