Birxeber.az / Rusiyada İrəvanda Leninqrad blokadası uşaqları abidəsinin təhqir olunması ilə bağlı iş açılacaq

Rusiyada İrəvanda Leninqrad blokadası uşaqları abidəsinin təhqir olunması ilə bağlı iş açılacaq

30-01-2024, 12:50

Rusiya Federasiyasının İstintaq Komitəsi İrəvanda Leninqrad blokadası uşaqları abidəsinin təhqir olunması ilə bağlı iş açacaq.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə RF İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin tərəfindən göstəriş verilib.

İstintaq Komitəsinin Telegram kanalında yerləşdirilən məlumata görə, insidentin bütün halları Rusiya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müəyyən ediləcək.

Qeyd edək ki, İrəvanda Leninqrad blokadası uşaqları abidəsi təhqir olunub.

Samvel Şirinyan adlı İrəvan sakini Rusiyanın üçrəngli bayrağının əks olunduğu lentləri cırıb, onları tapdalayıb və öz hərəkətlərini anti-Rusiya ritorikası ilə izah edib.

Geri qayıt