Birxeber.az / Qara qutu məlumatları Belqorodda qəzaya uğrayan təyyarənin vurulduğunu təsdiqləyib

Qara qutu məlumatları Belqorodda qəzaya uğrayan təyyarənin vurulduğunu təsdiqləyib

30-01-2024, 12:50

Qara qutu məlumatları Belqorod vilayətində vurulan Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsinin xarici təsirlərə məruz qaldığını təsdiqləyir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Qara qutunun məlumatları İl-76 qəzasının bütün mümkün versiyalarını istisna edir və təyyarənin xarici təsirlərə məruz qaldığını, yəni havada vurulduğunu təsdiqləyir. Hər şey göz qabağındadır", - deyə agentliyin həmsöhbəti bildirib.

O əlavə edib ki, qara qutunun məlumatlarının təhlili davam edir.

Geri qayıt