Birxeber.az / Zakir İbrahimov: "Azərbaycanda mədən layihələrinin icrasına 550 milyon manat investisiya yatırılıb"

Zakir İbrahimov: "Azərbaycanda mədən layihələrinin icrasına 550 milyon manat investisiya yatırılıb"

30-01-2024, 12:40

"AzerGold" QSC fəaliyyətə başladığı dövrdən bu günədək (2016-2023-cü illər) mədən layihələrinin icrasına ümumilikdə 550 milyon manat investisiya yatırıb.

"Report" xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məbləğin cəmi 8 %-i və ya 45 milyon manatı dövlət büdcəsindən ayırmalar hesabına təmin edilib: "Bu əsasən QSC fəaliyyətə başladığı ilk illərdə dövlət büdcəsindən ayrılmış vəsaitdir. İndiki məqamda dövlət büdcəsi hesabına maliyyələşmə əsasən yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrin icrası məqsədi ilə həyata keçirilir".

Z. İbrahimov bildirib ki, təkcə 2023-cü ildə mədən layihələrinə 157 milyon manat investisiya yönəldilib.

Geri qayıt