Birxeber.az / Çirkli havanın ürəyə zərərini azaltmağın yolu tapılıb

Çirkli havanın ürəyə zərərini azaltmağın yolu tapılıb

21-01-2024, 05:40

Hava çirkləndiriciləri hətta aşağı konsentrasiyalarda da ürək-damar sağlamlığını pisləşdirə bilər, lakin pəhriz onların zərərini azaldır.

"Report"un məlumatına görə, bunu "Environmental Research" jurnalında dərc olunan araşdırma göstərib.

Alimlər Finlandiyadan olan 82 iştirakçının ümumilikdə 33 həftə izləndiyi yüksək keyfiyyətli araşdırmanı təhlil ediblər. Müəlliflər bioloji nümunələr, hava çirkləndiricilərinin konsentrasiyası və iştirakçıların pəhriz məlumatları haqqında məlumatlardan istifadə ediblər. Pəhrizin keyfiyyəti Baltik dənizi pəhriz hesabından istifadə ilə qiymətləndirilib, bu, daha çox tərəvəz, meyvə, giləmeyvə və balıq, daha az əti ehtiva edən sağlam Skandinaviya pəhrizinin göstəricisidir.

"Biz müşahidə etdik ki, hətta çox aşağı konsentrasiyalarda belə, hava çirkləndiriciləri mənfi kardiometabolik nəticələrlə əlaqələndirilir, birləşmələrin əksəriyyəti həm kiçik, həm də daha böyük hissəciklərlə əlaqələndirilir", - müəlliflər bildiriblər.

Geri qayıt