Birxeber.az / Azərbaycanda hərbi xidmətə çağırılanların tibbi müayinədən keçdiyi sistem və meyarlar dəyişdirilir

Azərbaycanda hərbi xidmətə çağırılanların tibbi müayinədən keçdiyi sistem və meyarlar dəyişdirilir

30-01-2024, 12:40

Hərbi xidmətə çağırılanların tibbi müayinəsində fərqli sistem tətbiq ediləcək.

"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq.

Agentlik sədri bildirib ki, tibbi müayinədə fərqli sistem olacaq: "Bu sahədə ciddi hazırlıq işləri gedir. Elektronlaşma işləri aparılır, meyarların yenidən işlənməsi və yeni müayinə mərkəzinin yaradılması istiqamətində işlər görülür".

Geri qayıt