Birxeber.az / Azərbaycan atıcısı: "Təcrübəsizlik çempionluğa imkan vermədi”

Azərbaycan atıcısı: "Təcrübəsizlik çempionluğa imkan vermədi”

30-01-2024, 12:40

“Bu sahədə yeni olduğum üçün təcrübəsizlik çempionluğa imkan vermədi”.

Bunu “Report”a açıqlamasında Azərbaycan atıcısı Leyli Əliyeva Almaniyanın Münhen şəhərində keçirilən “H&N Kuboku”nda üçüncü yeri tutması ilə bağlı danışarkən deyib.

Yeniyetmə idmançı təcrübə topladıqca daha böyük nailiyyətlər əldə etməyə çalışacağını söyləyib: “Almaniyadakı yarışa gedəndə hədəfim birinci yeri tutmaq, qızıl medal qazanmaq idi. Ancaq bürünc medalı da uğurlu hesab edirəm. Hədəfim gələcəkdə qatılacağım bütün turnirlərdə Azərbaycan bayrağını dalğalandırmaq və himnimizi səsləndirməkdir”.

Qeyd edək ki, Leyli Əliyeva Almaniyada təşkil olunan beynəlxalq turnirdə pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada bürünc medala sahib çıxıb.

Geri qayıt