Birxeber.az / Azərbaycanda daşınmaz əmlaka dair yüklülüyün dövlət qeydiyyatı 34 % artıb

Azərbaycanda daşınmaz əmlaka dair yüklülüyün dövlət qeydiyyatı 34 % artıb

30-01-2024, 12:40

2023-cü ildə Azərbaycanda 7 278 daşınmaz əmlaka dair yüklülük (icarə və istifadə hüququ) dövlət qeydiyyatına alınıb.

"Birxeber.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci illə müqayisədə 33,6 % çoxdur.

Bundan başqa, ƏMDX rəsmisi qeyd edib ki, ötən il daşınmaz əmlaka dair 378 102 ədəd texniki sənəd (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, 23,8 % çox), 278 129 ədəd məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayış (21,4 % çox), 119 733 ədəd əhaliyə xidmətlə bağlı müxtəlif arayışlar (6,3 % çox) tərtib olunub, 81 762 ədəd ipotekaya qoyulmuş əmlakın dövlət qeydiyyatı (12 % çox) aparılıb.

Geri qayıt