Birxeber.az / Bakıda avtomobil 40 yaşlı kişini vurub

Bakıda avtomobil 40 yaşlı kişini vurub

21-01-2024, 05:40

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Vəliyev Kamil Xanıbəy oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Geri qayıt