Birxeber.az / ƏMDX-nin rəisi: Qarabağda torpaq sahəsinin ayrılması ilə bağlı 372 müraciətə müsbət rəy verilib

ƏMDX-nin rəisi: Qarabağda torpaq sahəsinin ayrılması ilə bağlı 372 müraciətə müsbət rəy verilib

30-01-2024, 11:50

İşğaldan azad olunmuş ərazilərdə torpaq sahələrinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daxil olmuş 470.40 ha torpaq sahəsi üzrə 6 müraciətə razılıq verilib.

APA-Economics” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinin rəisi Mətin Eynullayev deyib.

O bildirib ki, burada ümumilikdə indiyədək 2 min hektara yaxın torpaq sahəsi üzrə 19 müraciətə razılıq verilib.

“Torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi ilə bağlı Dövlət Şərhərsalma və Arxitektura Komitəsindən daxil olan 4959 hektar torpaq sahəsi üzrə 134 müraciətə müsbət rəy verilib. Ümumilikdə, 11 min hektara yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib”- ƏMDX-nin rəisi əlavə edib.

Geri qayıt