Birxeber.az / "AzerGold" QSC ötən il 64 min unsiyaya yaxın qızıl hasil edib

"AzerGold" QSC ötən il 64 min unsiyaya yaxın qızıl hasil edib

30-01-2024, 11:50

Ötən il “Tülallar” qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Bu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istifadəyə verdiyi sayca dördüncü qızıl yatağı olub.

Birxeber.Az-Economics”in xəbərinə görə, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il ərzində hasilat göstəriciləri 63,7 min unsiya qızıl təşkil edib. Bu fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir.

Zakir İbrahimov bildirib ki, ötən il 114.3 min unsiya gümüş hasilatı həyata keçirilib: “Qızıl hasilatı plandan 2 faiz, gümüş hasilatı isə 6 faiz artıq icra olunub. 2022-ci illə müqayisədə ötən il qızıl hasilatında 1,7 min unsiya (3%) artım olub”.

Zakir İbrahimov qeyd edib ki, cari ildə hasilat proqnozumuz isə ötən illə müqayisədə 9 faiz daha artıq olmaqla 70 min unsiya qızıl, 27% daha artıq olmaqla 156.8 min unsiya gümüş təşil edir.

Geri qayıt