Birxeber.az / Ermənistan XİN Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirib

Ermənistan XİN Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirib

30-01-2024, 11:40

Ermənistan Türkiyə ilə sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılmasına hazırdır.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli KİV-ə müsahibəsində deyib.

O bildirib ki, bunun üçün Ermənistanda infrastruktur tam hazırdır: “Hazırda Türkiyənin cavabını gözləyirik”.

Nazir müavininin sözlərinə görə, bu proses həm İrəvan- Ankara, həm də İrəvan-Bakı münasibətlərinin normallaşmasına müsbət təsir edəcək.

Geri qayıt