Birxeber.az / Sumqayıtda ər arvadını bıçaqlayıb

Sumqayıtda ər arvadını bıçaqlayıb

30-01-2024, 11:40

Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Abdullayev Vaqif Ağasəf oğlu aralarında baş vermiş münaqişə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Abdullayeva Könül Ələsən qızına bıçaqla xəsarət yetirib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt