Birxeber.az / Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

25-04-2024, 22:40

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.

Görüşdə Petersberq İqlim Dialoqunun təşkilatçısı kimi Almaniya tərəfinə minnətdarlıq ifadə edilib. Bildirilib ki, dialoq bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) istiqamətində həlledici addımdır.

COP29 team would like to thank @ABaerbock and her colleagues at @GermanyDiplo for their collaboration as co-hosts of the 15th Petersberg Climate Dialogue. The Dialogue is a crucial step on the road to COP29 in #Baku pic.twitter.com/eAq9jTagn7

— COP29 AZ (@COP29_AZ) April 25, 2024
Geri qayıt