Birxeber.az / Yevlaxda avtomobil aşıb, sürücü ölüb

Yevlaxda avtomobil aşıb, sürücü ölüb

25-04-2024, 21:50

Yevlaxda ağır yol qəzası olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Nəmərli kəndində qeydə alınıb.

Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov "Toyota Land Crusier" markalı minik avtomibilini aşırıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri qayıt