Birxeber.az / Azərbaycanın ABŞ-la ticarətində kommersiya banklarının rolu müzakirə edilib

Azərbaycanın ABŞ-la ticarətində kommersiya banklarının rolu müzakirə edilib

25-04-2024, 17:40

Azərbaycan və ABŞ arasında ticari əlaqələrin möhkəmləndirilməsində kommersiya banklarının rolu müzakirə edilib.

"Birxeber.Az" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, ABŞ-də səfərdə olan Azərbaycanın bankçılıq missiyası Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası və “Export-Import” Bankının nümayəndələri ilə görüşüb. Görüşlərdə iki ölkə arasında ticari əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsində kommersiya banklarının rolu müzakirə olunub.

Geri qayıt