Birxeber.az / Konqo Demokratik Respublikası Çindən sərmayə istəyir

Konqo Demokratik Respublikası Çindən sərmayə istəyir

21-01-2024, 03:40

Konqo Demokratik Respublikası yenidən işlənmiş minerallar-infrastruktur sazişi çərçivəsində Çin ilə 7 milyard dollar maliyyələşdirməni müzakirə edir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” Konqo Prezidenti Feliks Çisekedinin inauqurasiya nitqinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, iki dövlət arasında münasibətlərdə balansı dəyişmək lazımdır ki, bu, hamıya xeyir gətirsin.

Nəşr qeyd edib ki, bu vəziyyətdə söhbət Konqo ilə ÇXR arasında 2008-ci ildə bağlanmış 6,2 milyard dollar məbləğində mövcud müqaviləyə yenidən baxılmasından gedir. Çisekedi, razılaşmanın ölkəsinə gözlənilən gəliri gətirmədiyini təsdiqləyib.

Geri qayıt