Birxeber.az / Əliyar Ağayev Fatih Terimin komandasının oyununa təyinat alıb

Əliyar Ağayev Fatih Terimin komandasının oyununa təyinat alıb

25-04-2024, 16:40

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.

"Report" yerli "Yellowradio.gr" saytına istinadən xəbər verir ki, o, aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçına təyinat alıb.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli köməklik göstərəcək. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.

Geri qayıt