Birxeber.az / Ötən il əlillik təyinatı ilə bağlı müraciətlərin 43 %-nə mənfi rəy verilib

Ötən il əlillik təyinatı ilə bağlı müraciətlərin 43 %-nə mənfi rəy verilib

30-01-2024, 11:40

Ötən il əlillik təyinatı ilə bağlı təqdim edilən rəylərin və sənədlərin düzgün olmaması ilə bağlı edilən müraciətlərin 43 %-i təsdiqini tapıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, təyinat zamanı təqdim olunan bütün sənədlər dəqiqliklə yoxlanılır: "Ümumilikdə ötən il təyinatla bağlı 70 mindən yuxarı müraciət olub. Bununla yanaşı, il ərzində təkrar əlilliyə görə müraciət edənlərin sayı iki dəfə azalıb".

Geri qayıt