Birxeber.az / Bakıda mənzildən 12 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 12 min manatlıq qızıl oğurlanıb

30-01-2024, 10:50

Binəqədi rayonu ərazisində mənzillərin birindən 12000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Geri qayıt