Birxeber.az / NASA-nın Marsdakı helikopteri ilə əlaqəsi kəsilib

NASA-nın Marsdakı helikopteri ilə əlaqəsi kəsilib

21-01-2024, 03:40

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) yanvarın 18-də Marsa səfər edən “Ingenuity" pilotsuz helikopteri ilə əlaqəsi itib.

"Report"un məlumatına görə, bu barədə NASA-nın açıqlamasında bildirilir.

"Yanvarın 18-də NASA-nın “Ingenuity” Mars helikopteri qırmızı planetdə 72-ci uçuşunu həyata keçirib. Planlaşdırılan eniş zamanı helikopterlə əlaqə yerə enməzdən öncə, vaxtından əvvəl kəsilib", - NASA bildirib.

Qeyd edilir ki, uçuş əvvəlki proses nəticəsində planlaşdırılmamış enişdən sonra helikopterin sistemlərinin qısamüddətli yoxlanılması kimi planlaşdırılıb. Məlumata görə, pilotsuz qurğu 12 m hündürlüyə qalxa bilib. NASA hazırda mövcud məlumatları təhlil edir və “İngenuity” ilə əlaqəni bərpa etmək üçün mümkün addımları nəzərdən keçirir.

“Ingenuity” NASA-nın 2021-ci ilin fevralında “Perseverance” ilə birlikdə Marsa çatdırılan pilotsuz helikopteridir. Həmin ilin aprelində helikopter öz mühərrikindən istifadə edərək planetdə ilk uçuşunu edib.

Geri qayıt