Birxeber.az / Naxçıvanın Baş naziri işdən azad olunub, yeni Baş nazir təyin edilib

Naxçıvanın Baş naziri işdən azad olunub, yeni Baş nazir təyin edilib

25-04-2024, 12:50

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub.

Birxeber.Az-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.

Ali Məclisin digər qərarı ilə Ceyhun Cəlilov MR-in yeni Baş naziri təyin olunub.

Qeyd edək ki, Ceyhun Cəlilov indiyədək Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.

Geri qayıt