Birxeber.az / Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib

Dünən, 12:40

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr nazir müavini Sahib Məmmədov və “UK Export Finance” qurumunun qlobal mənşə üzrə həmsədri Emma Tomasla keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycan iqtisadiyyatı, investorlar üçün yaradılan imkanlar, azad edilmiş ərazilərin iqtisadi potensialı barədə məlumat verilib. Azərbaycanda COP29-la bağlı həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir müavini bu çərçivədə əməkdaşlığın önəmini vurğulayıb.

E. Tomas təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, Azərbaycanla tərəfdaşlıqda infrastruktur, nəqliyyat, “yaşıl enerji”, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və digər istiqamətlər üzrə imkanları qeyd edib.

Tərəflər əlaqələrin mümkün istiqamətləri, o cümlədən, UKEF-in maliyyə alətlərinin Azərbaycanda istifadəsi imkanlarını, tərəfdaşlığın qurulması üçün təmasların davam etdirilməsi məsələlərini müzakirə ediblər.

Geri qayıt