Birxeber.az / Sahil Babayev: “Azərbaycanla Macarıstan arasında ticarət əlaqələri potensialı tam əks etdirmir”

Sahil Babayev: “Azərbaycanla Macarıstan arasında ticarət əlaqələri potensialı tam əks etdirmir”

25-04-2024, 11:40

Azərbaycanla Macarıstan arasında ticarət münasibətləri inkişaf edir, lakin bu, potensialı tam əks etdirmir.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Macarıstan arasında ticarət, energetika, humanitar və digər sahələrdə geniş əməkdaşlıq var: “Ölkələrimiz arasında güclü siyasi dialoq qurulub".

Nazir 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Macarıstan ilə ticarət dövriyyəsinin 40,49 % artdığı bildirilib.

Geri qayıt