Birxeber.az / Qırğızıstan Prezidenti Füzulidə səfərdədir

Qırğızıstan Prezidenti Füzulidə səfərdədir

25-04-2024, 11:40

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

"Birxeber.Az" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

Geri qayıt