Birxeber.az / Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub

Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub

25-04-2024, 11:40

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub.

"Birxeber.Az" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.

O bildirib ki, ölkələr arasında strateji münasibətlər genişlənir: "Biz əlaqələrimizi genişləndirmək əzmindəyik".

Geri qayıt