Birxeber.az / Bərpadan sonra Mehdi Hüseynzadə adına stadiondakı ilk oyunun biletləri satışa çıxarılır

Bərpadan sonra Mehdi Hüseynzadə adına stadiondakı ilk oyunun biletləri satışa çıxarılır

30-01-2024, 10:40

Azərbaycan Premyer Liqasının XXI turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Neftçi" oyununun biletləri satışa çıxarılır.

"Gənclik şəhəri" təmsilçisindən "Birxeber.Az"a verilən məlumata görə, biletləri bu gün saat 15:00-dan etibarən "iticket.az" saytından, həmçinin Sumqayıtda yerləşən 1 saylı "ASAN Xidmət"dən əldə etmək mümkündür.

Matça 3 gün qalmış stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan da satış həyata keçiriləcək.

Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi"ni məhz bu arenada qəbul edəcək. Fevralın 4-də keçiriləcək görüş saat 15:00-da başlayacaq. Qarşılaşmadan bir saat əvvəl konsert proqramı təşkil ediləcək. Bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.

Geri qayıt