Birxeber.az / “Udineze” - “Milan” oyununda qapıçıya qarşı irqçi şüarlar səsləndirilib, oyun dayandırılıb

“Udineze” - “Milan” oyununda qapıçıya qarşı irqçi şüarlar səsləndirilib, oyun dayandırılıb

21-01-2024, 02:50

Futbol üzrə İtaliya çempionatının 21-ci turunun “Udineze” - “Milan” matçı yarımçıq qalıb.

Birxeber.Az xəbər verir ki, buna səbəb qonaq komandanın qapıçısı, fransalı Mayk Maynyana ünvanlanan irqçi şüarlar olub.

Qarşılaşma Udine şəhərində keçirilib.

Matçın 35-ci dəqiqəsində qapıçı oan ünvanlanan təhqirlərə görə meydanı tərk edib.

Oyun 39-cu dəqiqədə yenidən başlayıb.

Matç 2:3 hesabı ilə qonaq komandanın xeyirinə başa çatıb.

Geri qayıt