Birxeber.az / Beyləqanda yük avtomobili ilə "VAZ 2105" toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB-1

Beyləqanda yük avtomobili ilə "VAZ 2105" toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB-1

30-01-2024, 09:50

Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə “VAZ 2105” markalı minik avtomobili toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində yük avtomobilinin sürücüsü ilə minik avtomobilinin sürücü və sərnişini ölüb.

***

09:20

Beyləqan rayonunda yük avtomobili ilə “VAZ 2107” markalı avtomobil toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmamverdilər körpüsü adlanan yerdə baş verib.

Nəticədə 3 nəfər ölüb.

***

09:15

Beyləqan rayonunda yük avtomobili aşıb, sürücü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sürücü idarəetməni itirib, nəticədə avtomobil körpüdən dəmir yolu xəttinin üzərinə aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt